Bank

“Dəmirbank”ın sabiq rəhbəri Müşahidə Şurasına - SƏDR SEÇİLDİ - TƏYİNAT

Ölkənin yeganə kredit bürosu olan Azərbaycan Kredit Bürosu (AKB) Müşahidə Şurası sədri dəyişib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, AKB-nin Müşahidə Şurasının bu günə qədər sədri olan Asəf Hüseynov vəzifəsindən ayrılıb. Onun yerinə isə Fərid Abuşov təyin edilib.

Hazırda Abuşov isə həmin bankda Müşahidə Şurasında məsləhətçi kimi çalışır.

Bildirək ki, F.Abuşov 2017-ci ildə tənzimləyicinin qərarı ilə ləğv edilən “Dəmirbank” ASC-nin İdarə Heyəti sədri kimi çalışıb – bu da təqribən 11 ili əhatə edir. O, bu bankın ləğvindən sonra Əmanətlərin Sığortalanması Fondu (ADIF) Baş direktora məsləhətçi təyin edilib və 2019-cu ilin iyunundan “Unibank”a gəlib.

Azərbaycanın ilk özəl kredit bürosu “Azərbaycan Kredit Bürosu” MMC (AKB) 15 yanvar 2018-ci il tarixində ölkənin 8 böyük bankının təsisçiliyi ilə yaradılmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)