Özbəkistan hökuməti İSTEFA VERDİ
Özbəkistan hökuməti istefaya gedib.
Ren.tv xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda Nazirlər Kabinetinin üzvlərinin Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa verdikləri qeyd olunub.
Eyni zamanda, hökumət Özbəkistan prezidentinin qərarına uyğun olaraq, yeni bir kabinet formalaşana qədər işini davam etdirəcək.
Yeni baş nazirin namizədliyinə yanvarın 21-də keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.