Kapital Bank işçi axtarır - VAKANSİYA
Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
• Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
• Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə göndərir;
• Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
• Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
• Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
• Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
• Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
• Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
• Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
• Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.
Tələblər:
• İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);
• İnformasiya Texnologiyaları sahəsində 1 iş təcrübəsi;
• Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi;
• SQL, PL/SQL üzrə ilkin biliklər;
• Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;
• Komanda tərkibində və fərdi işləmə bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.