Daha bir şirkətin bazar dəyəri 1 trilyon dollara çatdı
"Google"ın ana şirkəti olan "Alphabet"in də bazar dəyəri 1 trilyon dollara çatıb.
"ENA" xəbər verir ki, şirkət bazara dəyəri 1 trilyon dollar olan şirkətlər siyahısına adını yazdırmağı bacarıb.
İndiyədək "Apple", "Microsoft" və "Amazon" şirkətlilərinin bazar dəyərləri 1 trilyon dolları keçmişdir.