Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Prezident Samir Nuriyevə vəzifə verdi - SƏRƏNCAM
"ENA" xəbər verir ki, sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.