Expressbank-da yeni təyinat
Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Tural Seyid təyin olunub.
ENA.az xəbər verir ki, Tural Seyid 8 ildir ki, bank sistemində çalışır. Son 5 ildir ki, Expressbank-da müxtəlif vəzifələrdə işləyir.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqstisadi münasibətlər” fakültəsini bitirib.
Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Rüfət Əhmədzadə təyin olunub.
Rüfət Əhmədzadə 10 ildir ki, bank sistemində çalışır. 2014-cü ildən etibarən isə Expressbank-da Biznesin İnkişafı Departamentinin tərkibində müxtəlif vəzifələrdə işləyir.
Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib.