Azərbaycana gələn yardımlar 2 dəfə azalıb, gedən yardımlar isə 7,4 dəfə artıb
2019-cu ildə Azərbaycana 30 261 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstərici 2018-ci il ilə müqayisədə 28 895,29 min dollar və ya 2 dəfəyədək azdır.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan 966,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib ki, bu da illik müqayisədə 836,16 min dollar və ya 7,4 dəfə çoxdur.
redaktor.az