Bakıda nizamnamə kapitalı 2,2 milyon manat olan şirkət yaradılıb

Vergilər Nazirliyi "Xırman Süd" MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirliyə istinadən məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhər, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 100A, nizamnamə kapitalı 2 milyon 176 min manat, qanuni təmsilçisi isə Rəşad Əli oğlu Əmiraslanovdur.