ENA+

İrandan yeni təhdid: "Daha sərt intiqam yaxında"

İran İnqilab Keşikçilərinin komandirlərindən Abdullah Araghi, Qasım Süleymani sui-qəsdinin ardından İranın cavab hücumları haqqında danışıb. 

"Tasnim" Xəbər Agentliyində verilən xəbərə görə, Araghi, "daha sərt intiqam yaxında" ifadələrini istifadə edib.

İran İnqilab Keşikçiləri Korpusunun komandir köməkçisi Əli Fadavi isə İranın raket hücumlarının ölkənin gücünü göstərdiyini və ABŞ-ın heç bir şey edə bilmədiyini söyləyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)