Kənd Təsərrüfatı Nazirliyində - YENİ TƏYİNAT
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.
“ENA” xəbər verir ki, bu, Faiq Xudayevdir.
O, indiyə qədər Mərkəzin şöbə müdiri olub və yeni vəzifəsində Cavanşir Təlaini əvəz edib.
Xatırladaq ki, F.Xudayev Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetini aqranomluq ixtisası üzrə bakalavr pilləsində fərqlənmə diplomu ilə bitirib, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda seleksiya və toxumçuluq ixtisası üzrə aspirantura pilləsində təhsil alıb, həmin institutunun bitki seleksiyası şöbəsində çalışıb. O, aqrar elmlər üzrə fəlsəfə doktorudur.