Neft Fondu 6 milyard yarım dollar satdı: 200 milyonluq kəsir var
Azərbaycan Dövlət Neft Fondu adətən dollara tələbatın artdığı dekabr ayı üzrə satışın həcmini açıqlayıb.
ENA.az xəbər verir ki, Fond tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886,35 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, ARDNF-nin 2019-cu il üzrə büdcəsində dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərc maddəsi 11 364,3 milyon manat məbləğində təsdiq edilib. 30 oktyabr 2019-cu il tarixinə bu xərc maddəsi 8 530,0 milyon manat və yaxud 75,1% səviyyəsində icra edilib.
Yəni noyabr və dekabr ayları ərzində Fond büdcəyə daha 2 milyard 834 milyon manat ödəməli idi. Bu isə dollarla ifadədə 1 milyard 667 milyon dollar deməkdir.
Əgər hesablama aparsaq, noyabr ayında 539,81 milyon dollar, dekabr ayında isə 886,35 milyon dollar satılıb və bu o deməkdir ki, 1 milyard 426.16 milyon dollar satılıb. Nəticədə 241 milyon dolların realizasiyasında kəsir yaranıb.
Ümumilikdə 2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu 6 milyard 443 milyon dollar satıb.