Sosial iqtisadiyyat

Naxçıvanda nazirlik publik hüquqi şəxsə çevrildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxs statuslu Agentliyə çevrilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilib.

Bununla yanaşı fərmanda qeyd olunub ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department