BVF: Mərkəzi banklar rəqəmsal valyuta barədə düşünsün
"İstifadəsi azalan nəğd pulun yerini doldurmaq üçün mərkəzi banklar milli rəqəmli valyutalarının tətbiqi barədə düşünməlidir".
"BI" xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard Sinqapurda keçirilən ASEAN zirvə görüşündə deyib.
“Bütün dünyada, o cümlədən Kanada, Uruqvay, Çin, İsveç kimi ölkələrdə mərkəzi banklar bu məsələni ciddi araşdırır. BVF kimi onlar da cari dəyişikliklərlə, yeni düşüncə tərzi ilə ayaqlaşırlar”, – K.Laqard söyləyib.
O, valyuta və tədiyələrin yeni növləri ilə necə işləmək barədə hələlik qəti qərara gəlmədiyini bildirib.
BVF rəsmisinin fikrincə, mərkəzi banklar müxtəlif çətinliklərlə üzləşə bilər: "Belə ki, məsələn, valyuta istifadəçilərinin adlarını gizli tutmaqla müxtəlif qanun pozuntularının qarşısını almağı uzlaşdırmaq asan olmayacaq".