ENA+

"52 sayına işarə edənlərin 290 sayını düşünmələri daha yaxşı olar"

İran Prezidenti Həsən Ruhani, ABŞ Prezidenti Donald Trampın 52 nöqtənin vurulacağı açıqlaması ilə əlaqədar "İranı təhdid etməyin" deyib. 

"ENA" xəbər verir ki, rəsmi "Twitter" hesabından etdiyi açıqlamada, ABŞ Dəniz Qüvvələri tərəfindən 3 İyul 1988-ci ildə Bəndər Abbasdan Dubaya gedərkən vurulan və içində 290 adamın olduğu təyyarəni xatırladan Ruhani, Trampa reaksiya verib.

Trampın 4 Noyabr 1979-cu ildə işğal edilən ABŞ-ın Tehrandakı səfirliyindəki 52 diplomatın 444 gün girov tutulmasına işarə ilə 52 hədəfin vurulacağı barədə açıqlamasını tənqid edən Ruhani, bu ifadələri istifadə edib:

"52 sayına işarə edənlərin 290 sayını düşünmələri daha yaxşı olar. Heç bir zaman böyük İran millətini təhdid etməyin".

 

NƏ BAŞ VERMİŞDİ?

İranın Bəndər Abbas şəhərindən Dubaya uçmaqda olan, "İran Air"ə aid Airbus A300 təyyarə, ABŞ Dəniz Qüvvələrinə aid döyüş gəmisi "USS Vincennes" tərəfindən atılan mərmi ilə salınmışdı. Təyyarədə olan 16 heyət və 274 sərnişindən xilas olan olmamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)