Naxçıvandakı məhkəmələrə yeni sədrlər təyin olunub - SİYAHI
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavininin, İnzibati və Kommersiya kollegiyaları sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
"ENA" xəbər verir ki, aşağıdakı şəxslər vəzifəyə təyin edilib.
1. Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.
2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.
3. Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.
4. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin.
5. Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilsin.
6. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.
7. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.