Auditorlar Palatası “Kölgə iqtisadiyyatı”na qarşı tədbirlər görəcək
Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.
İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:
– “Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində kompleks tədbirlər sisteminin “Strateji Yol Xəritəsi” çərçivəsində işlənib hazırlanması;
– Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi;
– “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi;
– “Audit komitələri haqqında” Əsasnamənin yenidən işlənməsi;
– Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi;
– Ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması;
– “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi.