Sosial iqtisadiyyat

2019-cu ildə vəzifə kreslosundan kim durdu, kim oturdu?: İLƏ BAXIŞ

2019-cu il Azərbaycanda ilk növbədə köklü kadr, struktur islahatları kimi yadda qaldı. İlin əvvəlindən başlanan “kadr ağacının budanması” prosesi uzun müddətdir ki, vəzifə tutan məmurların yerindən tərpənməsi ilə pik nöqtəsinə çatdı. 
 

ENA.az olaraq 2019-cu ildə vəzifə kürsüsündən kimlər gəldi-keçdi, siyahını oxucularımıza təqdim edirik. 

 

“Kökaltı kəsirlər”
 

  • 24 il Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik edən Ramiz Ənvər oğlu Mehdiyev vəzifəsindən azad olundu və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildi.  
     
  • 25 il Azərbaycanın Daxili İşlər naziri olan Ramil Usubov vəzifəsindən azad edildi və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edildi. 
     
  • 24 il Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri işləmiş Əli Məhəmmədəli oğlu Həsənov vəzifəsini itirdi. 
     
  • Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edildi. 
     
  • Onun yerinə bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini olmuş Əli Hidayət oğlu Əsədov təyin olundu.
     
  • Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilsin.
     
  • Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edildi.  
     
  • Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri vəzifəsindən azad olundu və baş nazirinin müavini təyin edildi.
     
  • Daxili İşlər naziri vəzifəsinə general-polkovnik Vilayət Eyvazov təyin edildi. 
     
  • Uzun müddət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş Arif Nizam oğlu Alışanov da 2019-cu ildə vəzifəsindən azad edildi.
     
  • Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edildi.
     
  • Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edildi. 


Prezident Administrasiyasında “yeni nəfəslər”
 

Administrasiyanın yenilənməsi paralel olaraq, yeni idarəetmə qaydalarının formalaşmasının əsasını qoydu. Diqqətçəkən məqamlardan biri də odur ki, prezidentin köməkçilərinin sayı artaraq 8-ə çatdı. 
 

  • Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edildi və Prezident Administrasiyasının rəhbəri təyin olundu.
     
  • Gündüz Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edildi.
     
  • Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edildi. 
     
  • Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edildi.
     
  • Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edildi.
     
  • Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edildi.
     
  • Kərəm Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edildi.
     
  • Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edildi. 
     
  • Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edildi.
     
  • Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edildi.
     
  • Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edildi.
     
  • Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edildi.
     
  • Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edildi.
     
  • Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edildi.

 

Rayon rəhbəri kresloları doldu-boşaldı

  • Elşən Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Siyam Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • 05.04.2019-cu ildə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. 9 aydan sonra isə rayonda qoyduğu qanunsuz “haqlar”a, yığdığı pullara görə həbs olundu. 
     
  • Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
     
  • Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. 
     
  • Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
     
  • İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
     
  • Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
     
  • Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
     
  • İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edildi.
     
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department