BİZNES

Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin siyahısı - AÇIQLANDI

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 18,3 mlrd ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2% artıb. 

ENA” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

Hesabatda deyilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 781 mln ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln ABŞ dolları və ya 16% artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln, Türkiyəyə 363,3 mln, İsveçrəyə 164 mln, Gürcüstana 150,6 mln və Ukraynaya 46,3 mln ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29% və Ukraynaya 27% artıb.

2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda  157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 mln, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1 mln, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 mln, pambıq lifi ixracı 108,8 mln, kimya sənayesi məhsullarının ixracı 95,5 mln, elektrik enerjisinin ixracı 76 mln, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 mln, şəkər ixracı 26,4 mln, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 mln ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54%, pambıq lifinin ixracı 53%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52%, kimya sənayesi məhsullarının ixracı 30%, pambıq ipliyinin ixracı 28%, elektrik enerjisi ixracı 17%, şəkərixracı 14%, alüminium və ondan hazırlanan məmulatların ixracı 11%, meyvə-tərəvəzin ixracı 9artıb.

2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 mln ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 mln ABŞ dolları və ya 15% artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıqmahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)