Sosial iqtisadiyyat

Kəmaləddin Heydərov idarə rəisini işdən azad etdi

Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb.

Bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub.

Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.

Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O, hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.

BakuPost Elman Əliyevin təqdim etdiyi videolarda görünən şəxslərin kimliyi barədə araşdırma apardıqda maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, həmin bu magik rituallarda təkcə Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak etməyib.

Fazil Məmmədovun ekstrasenslərdən ibarət qrupunun Atəşgah məbədində həyata keçirdiyi “əməliyyatda” Fövqəladə Hallar Nazirliyinin polkovniki də iştirak edib. Şəkildə işarələnən bu şəxs FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Bağırov Samir İsa oğludur.

Polkovnikin bu tədbirlərdə tez-tez iştirak etdiyi bildirilir.

Məlumata görə, videolar yayıldıqdan sonra Fövqəladə Hallar naziri Kamaləddin Heydərov məsələni nəzarətə götürüb və polkovniki cəzalandırıb. Belə ki, həmin şəxs vəzifədən azad edilərək, təqaüdə göndərilib.

©Bakupost

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)