“Azsığorta”nın maliyyəsinə nəzarət edən şəxslər dəyişir
“Azsığorta” da yeni təyinat olub.
ENA.az xəbər verir ki, Şadiyyə Amanova Mail qızı “Azsığorta”da Təftiş Komissiyasının sədri təyin olunub. Əvvəl bu vəzifədə isə
Fərhad Əliyev Adil oğlu olub.
Eyni zamanda, sığorta şirkətində baş mühasib vəzifəsinə Gülmirə Quliyeva Cavanşir qızı təyin olunub. Buna qədər isə baş mühasib vəzifəsində Namiq Qiyasov Tofiq oğlu idi.
Xatırladaq ki, bir qədər əvvəl Abid Mamedov Mamed oğlu “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilməsi barəsində məlumat vermişdik.
Bildirək ki, “Azsığorta” şirkətinin nizamnamə kapitalı 20,3 milyon manatdır. “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.