Xaricdən çay, meyvə-tərəvəz alınması xərcləri çoxalıb:RƏSMİ
Yanvar-noyabr aylarında ölkəyə 12,5 min ton çay idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən çayın dəyəri 48,9 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkəyə dəyəri 46 milyon dollar olmaqla 11,6 min ton çay idxal olunmuşdu.
Bu ilin yanvar-noyabr aylarında ölkəyə 308,4 min ton meyvə-tərəvəz idxal olunub. İdxal edilən meyvə-tərəvəzin dəyəri isə 171,4 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə ölkəyə 144,5 milyon dollarlıq 267,9 min ton meyvə-tərəvəz idxal olunmuşdu.