Sosial iqtisadiyyat

DOST Agentliyindən 1,2 milyon manatlıq satınalma

“DOST Agentliyi” ilə “Evrodizayn” QSC ilə müqavilə imzalayıb.

ENA.az xəbər verir ki, müqavilədə DOST Agentliyi arasında Məlumatların Saxlanması Sisteminin Virtuallaşdırılması və Onlayn ehtiyat nüsxəsinin yaradılması, Hiper-konvergen İnfarstrukturun (HKİ) yaradılması və Əsas perimetrik təhlükəsizlik xidmətləri nəzərdə tutulub.

Müqavilənin məbləği 1 milyon 228 min 364 manatdır.

Bildirək ki, kapitalı 2000 manat olan “Evrodizayn” QSC-nin qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur və 1998-ci ildə təsis edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)