“Express Bank”ın səhmdarı nizamnamə kapitalını azaldır
“Express Bank” ASC-nin səhmlərinin 48,8%-nə nəzarət edən “Azenco Group” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
“ENA” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, hazırda şirkətin kapitalının neçə manat olduğu və nə qədər azaldıldığı açıqlanmayıb.