Mikayıl Cabbarov: Riskləri bölüşməyə hazırıq
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə işgüzar masası keçirilib. Tədbirdə Türkiyənin Ticarət naziri Rüksar Pekcan və Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edib. "Hədəf ticarət dövriyyəsi 15 milyard dollardır. Hazırda isə 4 milyard dollardır. Biz daha çox fayda gəturəcək layihələri araşdırırıq", deyə Mikayıl Cabbarov bildirib.
2020-ci ildə Azərbaycanda sərmayə imkanlarının araşdırıldığını vurğulayan nazir ölkəmizin Türkiyə sərmayələri üçün açıq olduğunu qeyd edib. "Azərbaycan İnvestisiya Şirkətinin qismində riskləri də bölüşməyə hazırıq", deyən Mikayıl Cabbarov bu sahədə sahibkarlara dəstək göstərəcəklərini bildirib.