Nazirlik İT şirkəti ilə 1 milyon manatlıq müqavilə bağladı
Kənd Təsərrüfatı Nazirliyi “Sinam” MMC ilə müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilə Videokonfrans və monitorinq mərkəzinin yaradılması üçün avadanlıqların satınalınması nəzərdə tutulub.
Müqavilənin məbləği 993 min 627 manatdır.
Bildirək ki, SİNAM MMC regionda İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. Bu şirkət 1994-cü ildə təsis edilib.