Tenderlər

İcra hakimiyyəti 4 milyonluq layihələri bu şirkətlərə verdi

2018-ci ilin sonunadək Mingəçevirdə çoxmənzilli binaların dam örtüklərinin təmiri və dəyişdirilməsi işləri yekunlaşacaq. Bunun üçün ümumilikdə 3 milyon 955 min 932 manat vəsait ayrılıb.  

"BI" xəbər verir ki,  görüləcək işləri icra edəcək şirkətlər artıq seçilib. İcra hakimiyyəti yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi işlərini "AST Təmir Tikinti" MMC-yə həvalə edib. Həmin işlərin həyata keçirilməsi üçün şirkətə 3 milyon 329 min 46 manat ödəniləcək. 

Binaların dam örtüklərinin təmirini isə "Palıdlı" MMC həyata keçirəcək. Təmir işlərinə 626 min 886 manat ayrılıb. 

Qeyd edək ki, satınalmaların yekunu barədə müqavilələr hər 2 şirkətlə eyni gündə - noyabrın 7-də imzalanıb.  

 

 

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti

AST Təmir

Tikinti MMC

Mingəçevir şəhərində 2018-ci ildə yaşayış

binalarının dam örtüklərinin dəyişdirilməsi işləri

3329046.00

2018-11-07

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti

Palıdlı MMC

Mingəçevir şəhərində 2018-ci ildə çoxmənzilli y

aşayış binalarının dam örtüklərinin təmiri işləri

626886.00

2018-11-07

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department