Vakansiyalar

Nazirlik 600-ə yaxın vakant vəzifə üzrə İŞƏ QƏBUL ELAN EDİB

 Kənd Təsərrüfatı Nazirliyi (KTN) 529 inzibati dövlət qulluğu vəzifəsinə işə qəbul elan edib.

"BI" xəbər verir ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir.

Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-nə qədər davam edəcək.

KTN aqrar sahədə ixtisas almış vətəndaşları, aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir. Təqdim olunan vakant vəzifələr qurum yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department