Nizamnamə kapitalı 10 min manat olan bazar açıldı

Paytaxtın mərkəzində daha bir bazar fəaliyyətə başlayıb.
"Bİ" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin kommersiya qurumlarının reyestrində məlumat yerləşdirilib. "Təzə Bazar service" MMC 2018-ci il sentyabrın 26-da qeydiyyata alınıb. Bazarın hüquqi ünvanı Nəsimi rayonu, Neftçilr prospekti ev 153 göstərilib.
Təzə bazarın nizamnamə kapitalı 10 min manatdır. MMC-nin qanuni təmsilçisi isə Topçiyev Emil Namik oğludur.