Azərbaycanda özəl kollec açıldı

Bakıda yeni özəl kollec fəaliyyətə başlayıb.
"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, "Bakı Avrasiya Kolleci" MMC bu il sentyabrın 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 4 min manatdır.
Onu da deyək ki, "Bakı Avrasiya Kolleci"nin qanuni təmsilçisi Hüseynova Aytən Nazim qızıdır. Hüquqi ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev, ev 135A göstərilib.