Sosial iqtisadiyyat

Maşınlar da bahalaşacaq – SİYAHIDA BAŞQA NƏLƏR VAR?

2019-cu ildən ölkəyə gətirilən bir sıra məhsular üçün aksiz vergisinin artırılması nəzərdə tutulur. Bu da həmin malların bazar dəyərinin artmasını qaşılmaz edir.

"" xəbər verir ki, bu barədə itisadçı- ekspert Vəli Əliyev məlumat verib. Bildirib ki, 2019-ci il üçün nəzərdə tutulan yeni Vergi Məcəlləsinə dəyişikliklər  layihəsində gələn il üçün verği yığımları proqnozları artırılıb. Bu sıyahıda aksiz vergisi də yer alıb:

“Gələn il üçün büdcə daxilolmalarında aksiz vergilərinin 2018-ci ilə nisbətən daha 100 milyon manatdan çox artırılması proqnozlaşdırılır. Bu isə həmin verginin həcminin artırıası hesabına baş verəcək”.

Ekspertin sözlərinə görə, layihədə aksiz vergisini 50% artırılması nəzərdə tutulur. Bu artım xaricdən gətirilən aksizli mallara tətbiq edilən ƏDV-nin həcmini də artıracaq:

“Aksiz vergisinin əhatə dairəsi kifayət  qədər kiçikdir. Ola bilsin ki, alkoqollu içkilər, tütün məmulatları nəqliyyat vasitələri və neft məhsullarına tətbiq edilən bu verginin artırılmasından sonra qiymətlərdə artım olsun. Artıq layihədən görünür ki, bahalaşma daha çox tütün məmulatlarında, energetik içkilərdə və nəqliyyat vasitələrində baş verəcək”.

V.Əliyev bu yeniliklərin böyük ehtimalla qəbul olunacağını qeyd edib. Bununla da maşınların qiymətində ciddi bahalaşma müşahidə ediləcəyini bildirib:   

“Tək aksiz vergisi qalxanda ƏDV də qalxır. Çünki ƏDV aksizlə formalaşan dəyərə tətbiq edilir. Ona görə də qiymətə bu amil də təsir edəcək. Ona görədə gözlənilir ki, mühərrikin həcmindən asılı olaraq avtomobillərdə qiymət  dəyişikliyi baş verəcək”.

Onu da deyək ki, aksiz markası olmadan satılan və yaxud satış məqsədi ilə saxlanılan mallara görə ciddi maliyyə sanksiyası tətbiq ediləcək. Belə ki, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cərimələr müddətdən asılı olaraq dəyişəcək. Əgər təqvim ili ərzində belə hallara birinci dəfə yol verilərsə,  həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq ediləcək

2019-cu ildən ölkəyə gətirilən bir sıra məhsular üçün aksiz vergisinin artırılması nəzərdə tutulur. Bu da həmin malların bazar dəyərinin artmasını qaşılmaz edir.

"BI" xəbər verir ki, bu barədə iqtisadçı- ekspert Vəli Əliyev məlumat verib. Bildirib ki, 2019-ci il üçün nəzərdə tutulan yeni Vergi Məcəlləsinə dəyişikliklər  layihəsində gələn il üçün verği yığımları proqnozları artırılıb. Bu sıyahıda aksiz vergisi də yer alıb:

“Gələn il üçün büdcə daxilolmalarında aksiz vergilərinin 2018-ci ilə nisbətən daha 100 milyon manatdan çox artırılması proqnozlaşdırılır. Bu isə həmin verginin həcminin artırıası hesabına baş verəcək”.

Ekspertin sözlərinə görə, layihədə aksiz vergisini 50% artırılması nəzərdə tutulur. Bu artım xaricdən gətirilən aksizli mallara tətbiq edilən ƏDV-nin həcmini də artıracaq:

“Aksiz vergisinin əhatə dairəsi kifayət  qədər kiçikdir. Ola bilsin ki, alkoqollu içkilər, tütün məmulatları nəqliyyat vasitələri və neft məhsullarına tətbiq edilən bu verginin artırılmasından sonra qiymətlərdə artım olsun. Artıq layihədən görünür ki, bahalaşma daha çox tütün məmulatlarında, energetik içkilərdə və nəqliyyat vasitələrində baş verəcək”.

V.Əliyev bu yeniliklərin böyük ehtimalla qəbul olunacağını qeyd edib. Bununla da maşınların qiymətində ciddi bahalaşma müşahidə ediləcəyini bildirib:   

“Tək aksiz vergisi qalxanda ƏDV də qalxır. Çünki ƏDV aksizlə formalaşan dəyərə tətbiq edilir. Ona görə də qiymətə bu amil də təsir edəcək. Ona görədə gözlənilir ki, mühərrikin həcmindən asılı olaraq avtomobillərdə qiymət  dəyişikliyi baş verəcək”.

Onu da deyək ki, aksiz markası olmadan satılan və yaxud satış məqsədi ilə saxlanılan mallara görə ciddi maliyyə sanksiyası tətbiq ediləcək. Belə ki, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cərimələr müddətdən asılı olaraq dəyişəcək. Əgər təqvim ili ərzində belə hallara birinci dəfə yol verilərsə,  həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department