ENA+

Putin: "Ərazi bütövlüyü ilə bağlı bütün məsələlər həll olunub"

"Mixail Qarbaçovun əməllərinə hüquqi qiymət verməklə hansı nəticələr əldə ediləcəyini demək çətindir".

ENA” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı zamanı 1991-ci ilin dekabr ayında SSRİ-nin süqutuna hüquqi qiymət vermək zərurətinə dair suala cavab verərkən bildirib.

“Ərazi bütövlüyü baxımından bunun nə səmərə verəcəyini deyə bilmərəm. Orada bütün məsələlər həll olunub, sənədlər imzalanıb. Bunlara hüquqi qiymət verməklə nəyinsə dəyişib-dəyişməyəcəyi mənim üçün qaranlıqdır”, – Rusiya lideri qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)