Azərbaycanda həbs olunan icra başçısının oğlu məhkəmə hakimidir - FOTO
Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyevin oğlu Nərimanov Rayon Məhkəməsinin hakimidir.
ENA.az-ın məlumatına görə, Nizaməddin Quliyevin oğlu Ramin Quliyevdir.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2001-2007-ci illərdə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi işləyib.
2013-cü ildən isə o, Nərimanov Rayon Məhkəməsinin hakimidir.
Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.