MALİYYƏ

Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Gürcüstanın Azərbaycana 7,976 mln.dollar həcmində borcu var.

BI” xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollartəşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar63,567 mln. dollarvə 9,023 mln. dollar təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)