Azərbaycandakı islahatlar bank sektoruna necə təsir edir: Yevgeniy Kirindən açıqlama
Bank sektorunda, eləcə də gömrük və vergi sistemində gedən islahatlar və bank sektorumdakı tənzimləmə tədbirlərinə VTB Bank Azərbaycanın mövqeyi necədir?
Bununla bağlı ENA.az-ın suallarını cavablandıran Yevgeniy Kirin bu islahatların bankların fəaliyyətinə müsbət təsir göstərdiyini bildirib.
"Konkret olaraq, istehlak kreditləri ilə bağlı qərara toxunsaq, tənzimləyici düzgün qərar verib. Girovsuz kreditlərin həcminin artması risklər yaradır. Düzdür, bu məsələyə münasibətdə fikirlər fərqlidir. Bir qrup hesab edir ki, istehlak kreditləri iqtisadiyyatın inkişafına təkan verir.
Ancaq mən hesab edirəm ki, bu "iqtisadi köpüklər" yaradır və onun böyüməsi risklərin idarə edilməsini çətinləşir. Hazırki vəziyyətdə istehlak kreditləri ilə bağlı qərarın düzgün olduğunu hesab edirəmi".
Y.Kirin onu da bildirib ki, hazırda Bank VTB (Azərbaycan)-da kredit portfelinin 60 faizi hüquqi şəxslərin, 40 faizi ev təsərrüfatlarının payına düşür.