Hyundai-ın distribyutoru “Auto Azərbaycan” şirkətinə yeni sədr təyin olunub
Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin Sədri vəzifəsinə yeni təyinat olunub.
ENA.az xəbər verir ki, cari ilin dekabr ayında keçirilən “Auto Azərbaycan” MMC-nin Müşahidə Şurasının iclasında şirkətin yeni İdarə Heyətinin Sədri vəzifəsinə Emil İsmayılov təyin edilməsi qərarı verilmişdir.
Emil İsmayılov bu şirkətdə əmək fəaliyyətini 2003-cü ildə başlamış, müxtəlif vəzifələrdə çalışmış və ən son İdarə Heyyətinin Sədrinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir.
1996-cü ildə təsis edilmiş “Auto Azərbaycan” hal-hazırda Azərbaycanın aparıcı şirkətlərindən biridir.