BİZNES

Bank və sığorta şirkətinin səhmdarı olan şirkət kapitalını azaldır

“Xalq Bank”ın və “Xalq Sığorta” şirkətinin səhmdarı olan "İdeal Biznes KO." MMC nizamnamə kapitalını azaltdığını elan edib. 

"ENA" şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar 1 ay müddətində AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanına müraciət edə bilərlər.

“Xalq Bank”ın nizamnamə kapitalının 50%-i, “Xalq Sığorta” şirkətinin nizamnamə kapitalının da 50%-i "İdeal Biznes KO." MMC-yə məxsusdur.

Noyabr ayında Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan "Yevro Standart" MMC şirkəti nizamnamə kapitalını azaltdığını elan edib. 
ASC "Xalq Bank"ın nizamnamə kapitalının 33.85% -i, "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalının 37,50%-i və "Xalq Sığorta" ASC-nin nizamnamə kapitalının 50%-i "Yevro Standart" şirkətinə məxsusdur.

"İdeal Biznes KO." MMC və "Yevro Standart" MMC  hazırda kapitallarının nə qədər olduğunu və nə qədər azaldılacağını açıqlanmayıblar. 

"Yevro Standart" MMC və "İdeal Biznes KO." MMC şirkəti "PAŞA Holdiq" ilə eyni ünvanda (Neftçilər pr., ev 153) fəaliyyət göstərir.

"Xalq Bank" 364 milyon 772 min manat, "Xalq Sığorta" isə 57 milyon 750 min manat nizamnamə kapitalına malikdirlər.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)