Sosial iqtisadiyyat

Sözçü: Abdolbari Gözəl “Azərsun Holdinq”i tərk edir

Abdolbari Gözəl təsisçisi və rəhbəri olduğu “Azərsun Holdinq” MMC-dən ayrılır. Bu cür iddia ilə Türkiyənin nüfuzlu “Sözcü” qəzeti çıxış edib.

Nəşr Abdolbari Gözəlin qardaşı oğlu Həsənə məqalə həsr edib. Məqalədə Abdolbari Gözəldən də bəhs edilir. Nüfuzlu iş adamı Azərbaycanın ən məşhur holdinqinin rəhbəri kimi qələmə verilir. Müəllif qeyd edir ki, Gözəli Azərbaycana yatırım etməyə vaxtilə şəxsən Heydər Əliyev dəvət edib.

Bundan başqa, qəzet iddia edir ki, Gözəl holdinqdən ayrılmaq qərarına gəlib. Belə ki, Abdolbari Gözəl bundan sonra “DAAX Corporation”a köklənəcək.

Qeyd edək ki, korporasiyaya daxil olan “DAAX Construction” İraq Mərkəzi Bankının yeni binasının tikintisini həyata keçirir.

“DAAX Construction” 2006-cı ildə “DİA Holdinq”in ortaqlığı ilə Azərbaycanda təsis edilib. Şirkətə Həsən Gözəl rəhbərlik edir.

 

Eləcə də bax: Zakir Fərəcovun oğluna yüksək vəzifə verildi

 

©İndex.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)