Kasıb ölkəni çiçəklənən dövlətə çevirmək: Sinqapurun ilk baş nazirinin müvəffəqiyyət sirləri
SİNQAPURUN ilk baş naziri olan Li Kuan Yu ölkədə rüşvətxorluq və mafioz qrupların hökmranlığı kimi böyük problemlərin qarşısını alaraq, “iqtisadi möcüzə” yaratmağa müvəffəq oldu. Sinqapur Malayziyanın tərkibindən 1965-ci ildə çıxmışdır. O, kasıb və korrupsiyalaşmış bir dövlət idi. Lakin, buna baxmayaraq, Sinqapurun 30 ildir bütün dünyaya nümayiş etdirdiyi proseslər də məhz həmin dövrdə başlamışdır. Bu gün Sinqapur “Şərqi Asiyanın pələngləri”dən biri sayılır, ondan başqa bu siyahıya Hong-Kong, Cənubi Koreya və Tayvan daxildir.
Li Kuan Yu buna necə nail olmağı bacarıb?
1. Sərmayədarları cəlb etmək
Yoxsul ölkənin baş nazirinin qarşısında duran əsas sual bu idi: pulu haradan əldə etmək olar? Li Kuan Yu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini fərqlənmə ilə bitirib və o, biznesmen kimi düşünürdü: ən yaxşı variant sərmayədarlardır. Nəzərə almaq lazımdır ki, Sinqapur resurs və ya geniş ərazi ilə fərqlənən ölkələrdən biri deyildi. Bəs belə olduqda, sərmayədarları nə ilə cəlb etmək olar? Əslində, Sinqapur bu gündə dünyanın ən kiçik ölkələrindən biridir, lakin bu onun inkişafına mane olmur.
Li Kuan Yu sualın cavabını potensial sərmayədarların sorğularında axtarırdı. Sinqapur onlara təklif edə bilərdi: vergi və ixrac güzəştləri, logistika baxımından əlverişli geolokasiya, ucuz iş qüvvəsi, biznesin inkişafının ilkin mərhələsində dövlətin dəstəyi.
Baş nazirin əsas məqsədi “müştərini” ölkəyə cəlb etmək və onda maraq oyatmaq idi. Və bu plan uğurlu oldu və sərmayədarlar Sinqapura sərmayə etməyə başladılar. Sərmayədarlar Sinqapuru dünya liderinə çevirən elektronika sənayesinin əsasını qoyublar.
2. Zərər verən sahələri əsirgəməmək
Xarici sərmayədarların gəlişindən sonra Sinqapurun yerli istehsalçılar bir sıra problemlərlə üzləşməyə başladılar. Li Kuan Yu qərar verdi: zərər verən sahələri əsirgəmək olmaz.
Xüsusilə də gömrük rüsumlarının ləğvi ilə əlaqəli sual ortaya çıxdı. Səlahiyyətlilər yerli maşın zavoduna və digər müəssisələrə dəstək olmaq məqsədilə xarici avtomobillərə gömrük rüsumu tətbiq etmişdilər. “Mercedes-Benz” şirkətinin maliyyə direktoru bu məsələ ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayıb.