Bank

Banklar aktivlərindən necə istifadə edirlər? - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 31 milyard 363,3 milyon manat məbləğində aktivlərin 1,7%-i qədərdir.

 

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 10,8%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.

 

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən 9 ayda aktivlərinin 8,5%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.

 

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 7,4%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 19-cudur.

 

Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-4,2% arasında dəyişir.

 

"Bank of Baku"  və  "Unibank"ın mənfəətlərinin artmasının böyüh hissəsinin əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatın azad olması hesabınad olduğu da qeyd edilməlidir. 

 

Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 21,6%-i qədər zərərlə üzləşib.

 

 

 

Bankın adı

 

Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti

1

Bank of Baku

10,8%

2

Unibank

8,5%

3

Express Bank

7,4%

4

Bank VTB Azərbaycan

4,2%

5

Bank Avrasiya

3,6%

6

Azərbaycan Beynəlxalq Bankı

3,5%

7

Kapital Bank

2,5%

8

Naxçıvan Bank

2,1%

9

Premium Bank

1,9%

10

PAŞA Bank

1,5%

11

Bank BTB

1,3%

12

Zıraat Bank Azərbaycan

1,3%

13

Bank Respublika

1,2%

14

Rabitəbank

1,2%

15

Xalq Bank

1,1%

16

Yapı Kredi Bank Azərbaycan

0,9%

17

AFB Bank

0,8%

18

Azərbaycan Sənaye Bankı

0,7%

19

Günay Bank

0,5%

20

Azər-Türk Bank

0,2%

21

Turan Bank

0,1%

22

Atabank

0,0%

23

NBC Bank

0,0%

24

Nikoyl Bank

-0,4%

25

AGBank

-0,5%

26

Muğan Bank

-1,5%

27

Pakistan Milli Bankı - Bakı

-2,8%

28

Amrah Bank

-4,2%

29

Access Bank

-11,0%

30

İran Milli Bankı - Bakı

-21,6%

 

Orta hesabla

1,7%

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)