Azərbaycanda 7 bankın nizamnamə kapitalı artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu il oktyabrın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Bunlar "Access Bank", "Xalq Bank", "Turan Bank", "Muğan Bank", "Nikoyl Bank", "Kapital Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "AGBank"da (0,4%) qeydə alınıb.
1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.
Qalan 22 bankın isə nizamnamə kapitalı dəyişməyib.
5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Nikoyl Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).
Qalan 25 bankdan 8-də nizamnamə kapitalı 100-300 milyon manat arasında, 1 bankda 100 milyon manat, 15 bankda 10-100 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə 10 milyon manatdan azdır.