BİZNES

WSJ: ABŞ Çindən təkliflər gözləyir

 ABŞ Çindən ticarət sazişi ilə bağlı konkret təkliflər gözləyir.

"BI" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb. 

Məqalədə qeyd olunub ki, rəsmi Pekin Vaşinqtonun təzyiqlərinə fəal müqavimət göstərir, danışıqlarda təkliflər irəli sürmək istəmir, çünki üstünlüyünü itirməkdən qorxur. 

Bununla belə, ABŞ hökumətinin nümayəndələri hesab edirlər ki, Çin tərəfi prezidentlər Donal Tramp və Si Cinpinin görüşündən əvvəl güzəştə gedəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)