Tenderlər

102 FM üçün müsabiqəyə daha 2 şirkət sənəd verib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı artıb.

Bunu açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, daha iki şirkət sənədlərini MTRŞ-a təqdim edib: "Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 4 olub. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir".

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)