Səhvən işçilərin hesabına 30 min avro yükləndi
Belçikada polad fabrikində işləyən işçilərin bank hesablarına 30 min avro yüklənilib.
“BI” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərdən bəziləri bəziləri borclarını ödəyib, hətta qumar oynayanlar da olub.
“Thy-Marcinelle” şirkəti pullların səhvən göndərildiyini açıqlayıb və həmin pulları geri tələb edib. 230 nəfərin çalışdığı fabrikdə neçə işçinin hesabına pul yüklənildiyi bilinmir.
Qeyd edək ki, “Thy-Marcinelle”də işçilərin aylıq maaşı 1600 avro civarındadır.