Sosial iqtisadiyyat

Bakı restoranlarının yeni il qiymətləri: 1 nəfər üçün 450 AZN

Dekabr başlayandan Yeni 2020-ci ili qarşılanması məqsədilə bir sıra şadlıq sarayları və restoranlarda ciddi hazırlıq gedir. Şou proqramlardan bir-birinin bəhsinə girən restoranlar elə qiymətdə də yüksək artım sərgiləyirlər.

31 dekabr 2019 - 1 yanvar 2020-ci ilin gecəsini evdə deyil, tamamilə başqa mühitdə keçirmək istəyənlər az olmadığından qiymətlər də artan tələb fonunda bahalaşmaqda davam edir.

ENA.az-ın apardığı monitorinqin nəticəsinə görə, əksər restoranlarda şou saat 20:00-dan başlayıb gecə saat 2-3:00-ədək davam edir.  Menyu qiymətləri əksər yerlərdə 80-300 AZN civarında dəyişir. Bu qiymətə standart yemək menyusu və şou proqram daxildir.  

Bakıda tanınmış bir neçə restoranın qiymətini təqdim edirik:

  • Restoranın adı
  • Qiyməti, 1 nəfər üçün, manatla  
  • RİCH
  • 70-80
  • DAN ULDUZU
  • 70
  • SOFİYA
  • 80
  • PİANO
  • 90
  • GOLDEN RİNG
  • 100
  • XƏMSƏ
  • 100
  • BƏM LİDO
  • 120
  • FLAMİNGO
  • 110-150
  • LIDO
  • 170
  • NİAQARA
  • 200-250
  • SAPFİR
  • 250-450
  • GRAND OPERA

250

  • BÖYÜK SARAY

450

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)