Səhvləri düzəltmək mümkün olacaq - TVİTTERDƏ YENİLİK
![](https://ena.az/uploads/news/2018-11/_businessinsider_d15a5c071e733bd68a3aa757e_o.jpg)
Tvitter şəbəkəsinin baş direktoru Cek Dorsi istifadəçilərin çoxdan gözlədiyi yeniliklə bağlı xəbər verib.
"BI" xəbər verir ki, Tvitterdə “redaktə et” funksiyasının yaradılması planlaşdırılır. Bu barədə Dorsi Hindistan səfəri zamanı deyib:
“Çoxlarına səhvləri tez düzəltmək üçün “redaktə et” funksiyası lazımdır. Ancaq hələ ki söhbət orfoqrafik səhvlərin və düzgün olmayan istindların redaktəsindən gedir”.
Gələcəkdə digər redaktə imkanlarının aktivləşdirilməsi də nəzərdə tutulur.