“Veysəloğlu”nun şirkətlərindən ikisi ləğv olunur
![](https://ena.az/uploads/news/2019-12/_ena_fde9b5eb4d35d1e8a73cf291a_o.jpg)
Azərbaycanın aparıcı ticarət holdinqi – “Veysəloğlu” MMC-nin şirkətlərindən ikisi ləğv olunur.
“ENA” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Söhbət “V-Trade” və "Vesta Horeka" MMC-lərdən gedir. Şirkətlər “Veysəloğlu”ya qoşularaq ləğv edildiklərini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan ediblər.