Dövlət İdarəsi villa qiymətinə sərgi stendi sifariş verib: FOTO
Dövlət Radiotezliklər İdarəsi "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni satın alıb.
Satınalma müqaviləsi "Elcom" MMC ilə bağlanıb. Müqavilənin məbləği 600 min manatdır.
Dövlət Radiotezliklər İdarəsinin sərgidə bahalı stend qurması diqqəti cəlb edir. 600 min manata "Nərimanov" metrosu yaxınlığında geniş 2 mənzil, Bakıya yaxın ərazidə isə yaxşı bir villa almaq olar.
Qeyd edək ki, hazırda davam edən “Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. Həmin qurumlardan biri də Dövlət Radiotezliklər İdarəsidir.
Bu il Dövlət Radiotezliklər İdarəsi "Elcom" MMC ilə ümumi məbləği 829 min manat olan 6 müqavilə bağlayıb. Ən böyükməbləğli müqavilə "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni nəzərdə tutur.
10 manat nizamnamə kapitalı olan "Elcom" MMC-nin qanuni təmsilçisi Elnur Şəfiyevdir.
Dövlət Radiotezliklər İdarəsinin “Bakutel 2019” sərgisindəki stendi