Sosial iqtisadiyyat

Vergilər Nazirliyi “Kia”, “Hyundai”, “Chevrolet” avtomobilləri alır – 359 min manatlıq müqavilə

Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 şirkətlə bir yerdə 359 min 300 manatlıq müqavilə imzalayıb.

ENA.az xəbər verir ki,  1-ci müqavilə “Performance Center CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Chevrolet” markalı “Cruze” modelli minik avtomobilin satın alınması nəzərdə tutulub. Bu müqavilənin məbləği 31 min manatdır.

2-ci müqavilədə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Kia” markalı “Optima”, “Rio” və “Rio X-Line” modelli minik avtomobillərinin satın alınması nəzərdə tutulub. Müqavilənin məbləği 244 min 900 manatdır.

3-cü müqavilədə “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Hyundai” markalı “Accent” və “Elantra” modelli minik avtomobillərinin satın alınması ilə bağlıdır. Müqavilənin məbləği 83 min 400 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)