Sənaye

SOCAR vitse-prezidenti vəzifədən - AZAD EDİLDİ

SOCAR-da kadr islahatları həyata keçirilib.

ENA.az xəbər verir ki, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən azad olunub.

SOCAR-ın İctimaiyyətlə əlaqərlə və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov faktı təsdiqləyib:

“Rəhman Qurbanov dəyərli qocaman neftçi kimi təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib. Onun yerinə Daşqın İsgəndərov təyin olunub”.

Eləcə də bax: SOCAR-a yeni vitse-prezident təyin edildi

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)