Rəsmi

Prezident Administrasiyasında - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"ENA" xəbər verir ki, sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, G.Kərimov bu təyinata qədər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department